...

ATƏT-in fəaliyyətdə olan rəhbərinin Azərbaycan və Ermənistana səfərinin müddəti təsdiq olunub

Siyasət Materials 7 May 2007 18:38 (UTC +04:00)
ATƏT-in fəaliyyətdə olan rəhbərinin Azərbaycan və Ermənistana səfərinin müddəti təsdiq olunub

Azərbaycan,Bakı/müxbir Trend E.Hüseynov, A. Qasımova/ATƏT-in fəaliyyətdə olan sədri, İspaniyanın xarici işlər naziri Migel Anhel Moratinos (Miguel Angel Moratinos) 4-5 iyun tarixində Azərbaycan və Ermənstana səfər edəcək. Bu barədə telefon vasitəsilə İspaniya XİN-in mətbuat xidmətindən məlumat verilib.

Moratinos Bakıya iyunun 4-də axşam gələcək və Azərbaycanın ali rəhbərliyi ilə danışıqlar aparacaq, deyə mətbuat xidmətindən məlumat verilib.

Hələ ki, səfərin proqramı hazırlanmayıb, lakin Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla gjörüşlərin keçiriləcəyi nəzərdə tutulur. İynun 5-də səhər Moratinos Yerevana səfər edəcək və həmin gün axşam Madridə qayıdacaq, deyə mətbuat xidmətindən qeyd olunub.

2007-ci ildə İspaniya Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının rəhbəri vəzifəsini yerinə yetirir. Bakı və Yerevana səfər çərçivəsində Moratinosla müzakirə ediləcək ən əsas məsələlərdən birinin Ermənistan-Azərbaycan-DağlıqQarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinin olacağı nəzərdə tutulur.

Cənubi Qafqazın iki ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiası ilə başlayıb. 1992-ci ildən etibarən Azərbaycanın 20% ərazisi, həmçinin Dağlıq Qarabağ və ona bitişik 7 rayon Ermənistanın Silahlı Qüvvələri tərəfindən işğalı altındadır. 1994-cü ilin mayında tərəflər atəşkəs haqqında razılığa gəlib. İndiyə qədər ATƏT-in MQ-nun himayəsi altında Rusiya, Fransa və ABŞ-ın həmsdərliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti