...

Millət vəkili: "Mənə qarşı heç bir təzyiq yoxdur"

Siyasət Materials 8 May 2007 17:00 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ "Avropa qapıları" şirkətinin təsisçisi, millət vəkili Baba Tağıyev çərşənbə axşamı Bakıda bildirib ki, ona qarşı heç bir təzyiq yoxdur.

Deputat qeyd edib ki, dövlət istənilən bir şirkətdə yoxlama apara bilər. Ona görə də bu məsələyə təşvişlə yanaşmağa ehtiyac yoxdur.

"Bütün hüquq-mühafizə orqanları - Milli Təhlükəsizlik Nazirliyi də, Daxili İşlər Nazirliyi də, Respublika Prokurorluğu da Azərbaycan dövlətinin möhkəmlənməsinə və xalqa xidmət edir. Ona görə də bu yoxlamalarda qeyri-adi heç nə yoxdur", -deyə deputat əlavə edib.

Tağıyev özünün də millət vəkili kimi Azərbaycan dövlətinə və xalqına xidmət etdiyini deyib.

Deputat rəhbərlik etdiyi şirkətdə aparılan yoxlamalar haqda ətraflı məlumat verməkdən imtina edib.

Azərbaycanın hüquq-mühafizə orqanları bir müddət əvvəl ölkənin ən böyük şirkətlərindən biri hesab olunan "Avropa qapıları"nda yoxlamalara başlayıb. Şirkətdə bir sıra qanunsuzluqların aşkar olunduğu bildirilir. Artıq şirkətin bir sıra mağazalarının fəaliyyəti dayandırılıb. "Avropa qapıları"nın sahibi B.Tağıyevin həbs olunacağı haqda məlumatlar yayılıb.

Xəbər lenti

Xəbər lenti