...

Azərbaycan və Bolqarıstan ədliyyə sahəsində əməkdaşlıq üzrə saziş imzalayacaq

Siyasət Materials 10 May 2007 14:27 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva / Azərbaycan və Bolqarıstanın ədliyyə nazirlikləri müəssisələrarası sənəd - əməkdaşlıq üzrə saziş imzalayacaq. Sənədin 15-19 may Bolqarıstan ədliyyə naziri Georgi Petkanovun Azərbaycana rəsmi səfəri zamanı imzalanması planlaşdırılır. Bu barədə cümə axşamı Bolqarıstanın Azərbaycandakı səfrirliyindən məlumat verilib.

Bu iki ölkə arasında diplomatik münasibətlər yarandıqdan sonra bu qurum rəhbərinin Azərbaycana ilk səfəridir. Hazırda səfərin proqramı razılaşdırılır.

Səfər çərçivəsində bolqar nazirin Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədovla görüşəcəyi planlaşdırılır. Proqrama həmçinin Milli Məclisdə, Prezidentin İcra Aparatında və s. görüşlər də daxildir.

Xəbər lenti

Xəbər lenti