...

Azərbaycanın hüquq-mühafizə orqanları silah-sursat aşkarlayıb

Siyasət Materials 12 May 2007 13:57 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E. Hüseynli/ Azərbaycanın Sumqayıt şəhərində silah-sursat aşkarlanıb. Bu barədə şənbə günü Daxili işlər nazirliyindən məlumat verilib.

Dünən Sumqayıt şəhər Polis İdarəsi və Milli Təhlükəsizlik Nazirliyi şəhər şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıtın Tağıyev qəsəbəsi sakini Aleksey Mazurovun qarajına baxış zamanı iki radiostansiya, bir siqnalverici fişəng, bir əldədüzəltmə tapança və 19 müxtəlif çaplı patron aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

Sumqayıt şəhəri paytaxt Bakıdan 30 kilometr məsafədə yerləşir.

Xəbər lenti

Xəbər lenti