...

Səfir: Azərbaycan və Polşanın Daxili İşlər Nazirlikləri hökumətlərarası razılaşma imzalayacaq

Siyasət Materials 14 May 2007 21:06 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Azərbaycan və Polşa iyun ayında Daxili Işlər nazirlikləri arasında hökumətlərarası saziş imzalamağı planlaşdırır. Polşanın Azərbaycandakı səfiri Kşiştof Krayevskinin bazar ertəsi verdiyi məlumata görə, iyunun 1-də Polşanın daxili işlər naziri Yanuş Kaçmerikin Bakıya səfəri gözlənilir.

Hökumətlərarası sazişin imzalanması ilə yanaşı Polşa təcrübə keçmə sahəsində də əməkdaşlığı davam etdirməkdə maraqlıdır. Səfirin sözlərinə görə, daha öncə azərbaycanlı sərhədçilər üçün Varşavada bu cür təcrübə keçmə dövrləri təşkil olunub.

Xəbər lenti

Xəbər lenti