...

Böyük Quruluş Partiyasının sədri: "Müxalifət partiyaları arasında dialoqa ehtiyac var"

Siyasət Materials 18 May 2007 14:00 (UTC +04:00)
Böyük Quruluş Partiyasının sədri: "Müxalifət partiyaları arasında dialoqa ehtiyac var"

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Müxalifət partiyaları arasında dialoqa ehtiyac var. Bu barədə müxalifətyönlü Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Qəzənfəroğlu açıqlama verib. Onun sözlərinə görə, müxalifət daxilində ciddi fikir ayrılıqları var: "Müxalifət daxilində elə bir vəziyyət yaranıb ki, kimsə özünü hamıdan üstün tutur və heç kəsi öz yanında görmək istəmir. Hesab edirəm ki, müxalifət daxilində heç vaxt fikir birliyi yaranmayacaq. Nə qədər siyasi qüvvələr varsa, o qədər sayda müxtəlif fikirlər mövcud olur. Buna baymayaraq, mənim fikrimcə, müxalifət bu problemlərini, mövqelərini müzakirə etmək üçün bir araya gəlib dialoq aparmalıdır" - deyə Qəzənfəroğlu qeyd edib.

BQP sədri onu da deyib ki, həmçinin müxalifətlə iqtidar arasında danışıqlar aparılmasına ehtiyac duyulur. Lakin bu zaman ilk addım hakimiyyət tərəfindən atılmalıdır: "İqtidar-müxalifət dialoqunun nəticəsinə təminat verilməlidir. Əks təqdirdə bu da səmərəsiz bir görüşdən başqa heç nə olmayacaq".

Mərkəzçi Böyük Quruluş Partiyası 2003-cü ildə yaradılıb. Partiyanın sədri Qəzənfəroğlu Milli Məclisin deputatıdır.

Xəbər lenti

Xəbər lenti