...

Hərbi hissə yoldaşını qətlə yetirən Azərbaycan Milli Ordusunun əsgəri həbs edilib

Siyasət Materials 21 May 2007 12:16 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycan Müdafiə Nazirliyi mayın 18-də Füzuli rayonunun Aşağı Əbdülrəhman kəndi ərazisindəki postların birində Milli Ordu əsgərinin öz əsgər yoldaşını qətlə yetirməsi faktını təsdiqləyib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Eldar Səfərov bazar ertəsi bildirib ki, əsgərin atdığı atəş nəticəsində Milli Ordunun əsgəri Elsəvər Zinəddin oğlu Həsənov ağır yaralanıb və xəstəxanaya aparılarkən keçinib.

Səfərovun sözlərinə görə, faktla bağlı atəş açan əsgər həbs edilib və Respublika Hərbi Prokurorluğunda cinayət işi açılıb. İstintaq sirri olduğundan, əsgər yoldaşını öldürənin adı açıqlanmır.

1988-ci il təvəllüdlü Həsənov ötən il Xanlar Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.

Füzuli paytaxt Bakıdan 380 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti