...

Azərbaycan hökuməti prezident seçkiləri ilə bağlı hazırlıq işlərinə başlayıb (video)

Siyasət Materials 23 May 2007 14:47 (UTC +04:00)
Azərbaycan hökuməti prezident seçkiləri ilə bağlı hazırlıq işlərinə başlayıb (video)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycan Prezidenti İcra Aparatının rəhbəri Ramiz Mehdiyev çərşənbə günü bəyan edib ki, hökumət gələn il oktyabrın 15-ə planlaşdırılan prezident seçkiləri ilə bağlı hazırlıq işlərinə başlayıb.

Mehdiyev deyib ki, hazırda prezident İlham Əliyevin əhali arasında nüfuzu çox böyükdür. "İnsanlar arasında sorğu aparılsa, seçkilərdə əhalinin 98 faizi Azərbaycanın indiki prezidentinə səs verər", - deyə Mehdiyev bildirib.

Azərbaycanda qarışıq seçki sisteminin indiki vəziyyətdə tətbiqinin mümkün olmadığını deyən Mehdiyev hesab edir ki, ölkədə normal, demokratik, mədəni müxalifət formalaşanda qarışıq seçki sistemi tətbiq olunacaq. Onun sözlərinə görə, gələn beşillikdə bu məsələyə baxıla bilər.

Xəbər lenti

Xəbər lenti