...

Müsavat Partiyasının başqanı: "Azərbaycanda bütün qüvvələr Dağlıq Qarabağ probleminin həllində səylərini artırmalıdır"

Siyasət Materials 24 May 2007 15:26 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycanda siyasi mənsubiyyətindən asılı olmayaraq bütün qüvvələr Dağlıq Qarabağ probleminin həllində səylərini artırmalıdır. Bu bəyanatla cümə axşamı "Qarabağ dünən, bu gün və sabah" mövzusunda keçirilən konfransda Azərbaycanın müxalif Müsavat Partiyasının başqanı İsa Qəmbər çıxış edib. Onun sözlərinə görə, problemin həlli istiqamətində aparılan danışıqların intensivləşməsi ərəfəsində bu, vacib amildir.

"Azərbaycan hakimiyyəti Dağlıq Qarabağla bağlı danışıqların sıfırdan başladığını bəyan edib. Danışıqların intensivləşdiyi və azaldığı dövr olub. Ritorikanın sərtləşdiyi, yumşaldığı vaxt olub. Keyfiyyət dəyişikliyinə nail olmaq üçün ölkənin bütün siyasi elitası mübarizəsini gücləndirməlidir" -deyə Müsavat başqanı vurğulayıb.

Müxalifəti təmsil edən Müsavat Partiyası 1992-ci ildə yaradılıb. Partiyanın başqanı İsa Qəmbər Azərbaycan parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkilərində prezidentliyə namizəd olub. Partiya beş nəfər deputatla parlamentdə təmsil olunur.

Xəbər lenti

Xəbər lenti