Azərbaycan, Bakı/ Trend müxbir P.Əmircanov/Azərbaycan və Türkmənistan prezidentləri İlham Əliyev və Qurbanqulu Berdimuhammedov arasında cümə axşamı telefon danışığı olub. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Prezidentlər hər iki ölkə arasında hökumətlərarası birgə iqtsadi komissiyanın yaradılması ilə bağlı razılığın əldə olunmasından məmnunluqlarını ifadə edib, bu komissiyanın əməkdaşlığın inkişafında mühüm rol oynayacağını vurğulayıblar.
Telefon söhbəti zamanı ikitərəfli münasibətlər, regional əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparlıb.