...

Siyasi partiyaların Azərbaycanın ümumilli problemlərinə dair müzakirələri təxirə salınıb

Siyasət Materials 4 İyun 2007 12:59 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Siyasi partiyaların iştirakı ilə Azərbaycanın ayrı-ayrı problemləri, ümumilli məsələlərinə həsr olunan müzakirə toplantıları sentyabra qədər təxirə salınıb. Bu barədə Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə bazar ertəsi məlumat verib.

ASDP-nin təşkilatçılığı ilə Qarabağ mövzusuna həsr olunmuş dəyirmi masa təşkil olunub, mövqeyindən asılı olmayaraq siyasi partiyaların rəhbərləri, politoqlar bir araya gələrək Azərbaycan torpaqlarının işğalı məsələsini müzakirə ediblər. Əlizadənin sözlərinə görə, belə müzakirələrin davamlı olması qərara alınıb: "ASDP bu təşəbbüsü irəli sürüb və təşkilatçılıq edir. Hazırda yay mövsümü olduğundan toplantıların keçirilməsini sentyabra qədər təxirə saldıq. Payızda müxtəlif mövzulara həsr olunmuş tədbirlərə başlayacağıq"-deyə ASDP rəhbəri məlumat verib.

Əlizadənin sözləinə görə, ASDP-nin təşkil edəcəyi növbəti "dəyirmi masa"lar Azərbaycanın sosial, iqtisadi, miqrasiya və digər sahələlərdəki problemlərinə həsr olunacaq.

ASDP Azərbaycanın sol təmayüllü müxalifət partiyasıdır. ASDP-nin lideri Azərbaycanın ilk prezidenti, hazırda mühacirətdə yaşayan Ayaz Mütəllibovdur.

Xəbər lenti

Xəbər lenti