...

Təşkilat rəhbəri: "ATƏT Azərbaycana KİV-lə bağlı vəziyyətin yaxşılaşdırılması və demokratik seçkilərin keçirilməsi üçün kömək etməyə hazırdır"

Siyasət Materials 5 İyun 2007 13:15 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir Trend E.Hüseynli/ATƏT Azərbaycanda KİV-lə bağlı vəziyyətin yaxşılaşdırılmasına kömək göstərməyə çalışır və ölkədə vəziyyətin normallaşdırılmasına imkan yaratmağa hazırdır. Bu barədə çərşənbə axşamı Bakıda jurnalistlərə ATƏT-in fəaliyyətdə olan rəhbəri, İspaniyanın XİN rəhbəri Migel Anxel Moratinos bəyan edib.

Bu bəyanatı Moratinos Azərbaycanda siyasi partiyaların nümayəndələri ilə görüşündən sonra səsləndirib. Moratinosun bildirdiyinə görə, görüş zamanı həmçinin KİV-lə bağlı vəziyyət də müzakirə olunub.

"Demokratik ölkə söz azadlığı və plüralizmə əsaslanmalıdır. Mən ATƏT-in vəziyyətin yaxşılaşdırılmasına kömək etməyə çalışdığını və ölkədə vəziyyətin normallaşdırılmasına imkan yaratmağa hazır olduğu barədə fikrimi bildiridim" - deyə o bildirib.

Moratinosun sözlərinə görə, bununla bağlı ATƏT-in Azərbaycandakı nümayəndəsi "yeni nəsil jurnalistlərinin formalaşdırılması üçün" bir neçə layihə təqdim edəcək.

"Tezliklə Azərbaycanda prezident seçkiləridir və biz seçkilərin demokratiya və şəffaflığın maksimal zəmanəti ilə keçməsi üçün bütün səylərimizi əsirgəməyəcəyik. ATƏT demokratik seçkilər hazırlamaqda böyük təcrübəyə malikdir və bu təcrübəni Azərbaycanda istifadə etməyə hazırdır" - deyə ATƏT rəhbəri bəyan edib.

Xəbər lenti

Xəbər lenti