...

Müxalifət partiyasının rəhbəri Böyük Britaniyanın Azərbaycandakı səfiri ilə görüş keçirib

Siyasət Materials 12 İyun 2007 16:58 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Müxalifəti təmsil edən Müsavat Partiyasının başqanı İsa Qəmbər Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Lourens Bristou ilə görüşüb. Bu barədə çərşənbə axşamı Müsavat Partiyasından məlumat verilib.

Görüşdə Azərbaycan-Böyük Britaniya əlaqələri, Azərbaycanda gedən siyasi proseslər, mətbuatın bugünkü durumu, qarşıdan gələn prezident seçkiləri, Qarabağ problemi ətrafında fikir mübadiləsi aparılıb.

Bristounun Azərbaycanda səfir kimi üç il yarımlıq fəaliyyəti başa çatır.

Müxalifəti təmsil edən Müsavat Partiyası 1992-ci ildə yaradılıb. Partiyanın başqanı İsa Qəmbər Azərbaycan parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkilərində prezidentliyə namizəd olub. Partiya beş nəfər deputatla parlamentdə təmsil olunur.

Xəbər lenti

Xəbər lenti