...

Dövlət Sərhəd Xidməti Akademiyası yaradılacaq

Siyasət Materials 12 İyun 2007 20:49 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Bu gün Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Dövlət Sərhəd Xidməti Akademiyasının yaradılması barədə Sərəncam imzalayıb.

Sərəncamda Dövlət Sərhəd Xidməti üçün xüsusi ixtisaslı ali hərbi təhsilli zabit kadrları, komandir və qərargah zabitləri, hərbi elmi işçilərin hazırlanması, onların ixtisasının artırılması, dövlət sərhədinin mühafizəsi və hərbi iş sahəsində elmi tədqiqatların aparılmasını təmin etmək məqsədilə Dövlət Sərhəd Xidməti Akademiyasının yaradılması barədə göstəriş verilib.

Sərəncamdan irəli gələn məsələləri həll etmək Nazirlər Kabinetinə həvalə olunub.

Xəbər lenti

Xəbər lenti