...

Bakıda Polşa – GUAM formatında görüş keçiriləcək

Siyasət Materials 18 İyun 2007 14:22 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Ağayeva/ İyunun 19-da Bakıda keçiriləcək "Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat-GUAM" sammiti çərçivəsində Polşa-GUAM formatında görüş keçiriləcək. Bu barədə Polşanın Azərbaycandakı səfirliyindən məlumat veriblər.

Polşa prezidenti Lex Kaçinski sammitdə iştirak etmək üçün Bakıya gələcək. Sammit çərçivəsində Kaçinski Azərbaycan prezidenti İlham Əliyev, Gürcüstan prezidenti Mixail Saakaşvili, Litva prezidenti Valdas Adamkus, Ukrayna prezidenti Viktor Yuşenko, habelə Moldovanın baş naziri Vasili Tarlevlə ikitərəfli danışıqlar aparacaq.

Xəbər lenti

Xəbər lenti