...

Litva prezidenti GUAM sammitində iştirak etmək üçün Bakıya gəlib

Siyasət Materials 18 İyun 2007 15:45 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend C.Ağayeva/ Litva prezidenti Valdus Adamkus çərşənbə axşamı keçiriləcək GUAM dövlət başçılarının sammitində iştirak etmək üçün Bakıya gəlib. Bazar ertəsi Litva prezidentinin mətbuat katibinin verdiyi məlumata görə, Adamkusun Azərbaycan prezidenti İlham Əliyev, Polşa prezidenti Lex Kaçinski, Ukrayna prezidenti Viktor Yuşenko, Rumıniya prezidenti Trayan Basesku, Gürcüstan prezidenti Mixail Saakaşvili ilə görüşləri planlaşdırılır. Habelə GUAM - Polşa formatında görüş keçiriləcək.

Görüşlər zamanı ikitərəfli münasibətlər, regional məsələlər, habelə GUAM-la Avropa Birliyinin əməkdaşlığı müzakirə olunacaq.

İyunun 19-da səhər GUAM dövlət başçılarının plenar iclası keçiriləcək. Ardınca birgə bəyannamənin imzalanağı planlaşdırılır. Sonra görüş iştirakçıları birgə brifinq keçirəcəklər.

Xəbər lenti

Xəbər lenti