...

İyunun 19-da Rumıniya prezidentinin Azərbaycana səfəri gözlənilir

Siyasət Materials 18 İyun 2007 19:27 (UTC +04:00)

Azərbaycan, Bakı /müx Trend A.Qasımova/ Rumıniya prezidenti Troyan Basesku GUAM üzv dövlətlərinin hökumət başçılarının sammitində iştirak etmək məqsədilə iyunun 19-da Bakıya gələcək. Bu haqda Buxarestdən telefonla prezidentin mətbuat katibi məlumat verib. Mətbuat katibinin sözlərinə görə, Basesku Bakıya sabah gələcək və həmkarları ilə ikitərəfli görüşlər keçirəcək. İyunun 19-da səhər saatlarından etibarən GUAM-a üzv dövlətlərin plenar iclası başlanacaq və bu iclasın yekunlarına əsasən birgə bəyannamənin imzalanması planlaşdırılır. Bundan sonra iştirakçılar xatirə şəkli çəkdirəcək və mətbuat konfransı keçirəcəklər.

Xəbər lenti

Xəbər lenti