...

Daşkəsəndə silah-sursat aşkarlanıb

Siyasət Materials 19 İyun 2007 14:27 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Daşkəsən rayonunda silah-sursat aşkarlanıb. Daşkəsən rayon Polis Şöbəsindən çərşənbə axşamı bildiriblər ki, şöbənin əməkdaşları tərəfindən aparılan əməliyyat nəticəsində 7 qumbara, 4 qumbara alışdırıcısı, 403 müxtəlif çaplı patron və 4 patron darağı tapılıb. Hazırda polis əməkdaşları silah-sursatın kimə məxsus olduğunu müəyyənləşdirmək istiqamətində fəaliyyətini davam etdirir.

Daşkəsən rayonu paytaxt Bakıdan 410 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti