...

GUAM-Yaponiya və GUAM-Polşa formatı çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə olunub

Siyasət Materials 19 İyun 2007 15:18 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend A.Qasımova, A.Bədəlova/ GUAM-Yaponiya və GUAM-Polşa formatında əlaqələrin inkişaf pespektivləri iyunun 18-19-da GUAM-ın Bakıda keçirilən ikinci sammitində nəzərdən keçirilib. GUAM formatı 1999-cu ildə Avropa Birliyi dövlət başçılarının Strasburq görüşü ərəfəsində yaradılıb. 1999-cu ildə bu formata Özbəkistan da daxil olsa da, dörd ildən sonra təşkilatı tərk edib. 2006-cı ildə Kiyevdə ilk sammit zamanı GUAM-ın beynəlxalq təşkilat və "Demokratiya və iqtisadi inkişaf tərəfdarı olan təşkilat- GUAM" kimi elan olunması haqda qərar qəbul olunub. Təşkilat əvvəlcə enerji daşıyıcılarının nəqli layihəsinin iştirakçısı olacaq potensial ölkələrin iqtisadi birliyi kimi yaradılıb. Tədricən fəaliyyət dövründə siyasi-hərbi məsələlər və sülhməramlı qüvvələrin yaradılması məsələsi müzakirə olunmağa başlayıb.

GUAM xarici işlər nazirlərinin Şurası Yaponiya xarici işlər nazirinin müavini Mitodzi Yabunaka ilə görüşüb. Dioloq zamanı hər iki tərəf demokratiyanın inkişafı, təhlükəsizliyin və sabitliyin artırılması, BMT-nin Təhlükəsizlik Şurasının qətnaməsi əsasında münaqişələrin sülh yolu ilə həlli və vətəndaş cəmiyyətinin inkişafı kimi məslələrə toxunublar. GUAM ölkələri energetika, ekologiya, nəqliyyat sahəsinə və GUAM vasitəsilə Avropa-Asiya dəhlizi kimi layihəyə Yaponiyanın investisiya yatırması məsələsinə dərin maraqlarını ifadə ediblər.

Yaponiya tərəfi tədqiqatlar və rəsmi şəxslər üçün enerji texnologiyasına qənaət edilməsi ilə bağlı seminarı 2007-ci ildə Tokioda keçirməyi təklif edib.

İclasın iştirakçıları GUAM-Yaponiya nöbvbəti görüşünün tarixini müəyyən etmək qərarına gəliblər.

Həmçinin GUAM-ın ikinci sammiti çərçivəsində GUAM dövlət başçılarının Polşa prezidenti ilə görüşü baş tutub. Görüşdə prezident Kaçinski bildirib ki, Polşa GUAM-a regional əməkdaşlığın effektiv aləti kimi kömək etməyə hazırdır.

"Polşa GUAM-ın demokratik dəyərlərin qorunması, iqtisadi əməkdaşlıq, həmçinin Azərbaycan, Gürcüstan və Moldovada olan müunaqişələrin sülh yolu ilə həlli prinsiplərini dəstəkləyir" - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti