...

Müxalifətin Seçkilərdə Koordinasiya Mərkəzi yaradılır

Siyasət Materials 20 İyun 2007 13:52 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Müxalifətin Seçkilərdə Koordinasiya Mərkəzi (MSKM) yaradılır. Bu barədə ADP sədrinin müavini Nurəddin Məmmədli məlumat verib.

Bir neçə partiyanın iştirakı ilə müxalifətin yeni birliyinin yaradılması barədə danışıqlara artıq başlanılıb. Əvvəlcə Alyans adlandırılması nəzərdə tutulan bu qurum Müxalifətin Seçkilərdə Koordinasiya Mərkəzi kimi təsis olunacaq. Müxalifət partiyaları bu qurum çərçivəsində seçkilərin demokratik keçirilməsi uğrunda, həmçinin seçki pozuntularına qarşı birgə mübarizə aparacaqlar.

Danışıqlarda ADP, ASDP, AMİP, Müsavat, Tərəqqi partiyalarının rəhbərləri və Eldar Namazov iştirak edir. Üç partiyanı birləşdirən "Azadlıq" bloku və Rəsul Quliyevin liderlik etdiyi Açıq Cəmiyyət Partiyası yeni qurumda təmsil olunmaqdan imtina ediblər.

Xəbər lenti

Xəbər lenti