...

Avropa Birliyi GUAM-a 1 milyard dollar vəd edir

Siyasət Materials 20 İyun 2007 18:31 (UTC +04:00)
Avropa Birliyi GUAM-a 1 milyard dollar vəd edir

GUAM ölkələri (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) 2007-2010-cu illərdə Avropa Birliyindən ümumi dəyəri 915 mln. avro (1,2 mlrd. dollar) olan müxtəlif layihələr alacaq. Bu barədə çərşənbə günü AB-nin iqtisadiyyat və sosial siyasət komitəsinin nümayəndəsi Marius-İqen Opran məlumat verib.

O, iyunun 19-da başa çatan GUAM-ın Bakı sammitində iştirak edib.

Vəsaitlər Şərqi Avropa ölkələrinin Avropa qurumlarına inteqrasiyasına yardıma yönəlib.

"2007-2010-cu illərdə Azərbaycan bu proqram üzrə 92 mln. avro, Gürcüstan 120 mln. avro, Moldova 209 mln. avro, Ukraya 494 mln. avro alacaq", - deyə AB nümayəndəsi bildirib. Bu barədə Trend "UNIAN"a istinadən xəbər verir. Onun sözlərinə görə, hər bir ölkə ilə fərdi fəaliyyət planı nəzərdə tutulub və hər proqramda energetika, infrastruktir və nəqliyyatın inkişafı nəzərdə tutulub.

AB neft-qaz kəmərlərinin texniki iqtisadi əsaslandırılması, həmçinin biodizel yanacağı emalı layihələrini maliyyələşdirməyə hazırdır.

Xəbər lenti

Xəbər lenti