...

Azərbaycanla Türkmənistan arasındakı hökumətlərarası komissiyanın tərkibi təsdiqlənib

Siyasət Materials 21 İyun 2007 14:46 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanla Türkmənistan arasındakı hökumətlərarası komissiyanın tərkibini təsdiq edib.

Azərbaycan tərəfindən komissiyaya baş nazirin birinci müavini Yaqub Eyyubov rəhbərlik edəcək.

Komissiyaya həmçinin sənaye və energetika naziri Natiq Əliyev, xarici işlər, maliyyə, iqtisadi inkişaf, nəqliyyat, kənd təsərrüfatı, mədəniyyət və turizm nazirlərinin müavinləri, Dövlət Gömrük Komitəsinin və Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin rəhbərləri, habelə dəmir yol idarəsi, Xəzər gəmiçiliyi, "Azərenerji", "Azəriqaz" başçıları daxil olub. Siyahıda eyni zamanda ARDNŞ-in vitse-prezidenti, Milli Bankın sədr müavini, Azərbaycanın Türkmənistandakı səfiri, Nazirlər Kabineti Aparatının MDB ölkələri ilə iqtisadi əməkdaşlıq şöbəsinin rəhbəri yer alıb.

Xəbər lenti

Xəbər lenti