...

Azərbaycan prezidenti Kembric Enerji Tədqiqat Assosiasiyasının sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Siyasət Materials 22 İyun 2007 18:07 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərvalıyeva/ Azərbaycan prezidenti İlham Əliyev cümə günü ABŞ-ın Kembric Enerji Tədqiqat Assosiasiyasının sədri Deniel Yerginin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Son illər ərzində Azərbaycanda siyasi, iqtisadi və digər sahələrdə böyük inkişafın olduğunu qeyd edən prezident bu səfərin ölkəmizlə daha yaxından tanışlıq üçün yaxşı imkan yaradacağına əminliyini söyləyib.

Deniel Yergin Azərbaycanın rolunun dünyada getdikcə artdığını vurğulayıb. Səfəri çərçivəsində dünyanın ən nəhəng neft terminallarından olan Səngəçal terminalına baş çəkdiyini deyən qonaq Bakı-Tbilisi-Ceyhan kimi mühüm enerji layihəsinin başlanğıc məntəqəsini görməyin dərin təəssürat doğurduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti