...

Sosialist İnternasionalının baş katibi Bakıya səfərə gəlir

Siyasət Materials 22 İyun 2007 18:41 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Sosialist İnternasionalının baş katibi Luis Ayala Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) dəvəti ilə Bakıda səfərdə olacaq. Bu barədə cümə günü ASDP-dən məlumat verilib.

Sosinternin baş katibi Bakıya iyunun 25-də gələcək. Səfər zamanı Luis Ayalanın ASDP-nin rəhbərliyi, partiya fəalları və digərləri ilə görüşləri nəzərdə tutulur.

ASDP sol təmayüllü müxalifət partiyasıdır. Partiyanın həmsədri Araz Əlizadə, digər həmsədri isə Azərbaycanın eks-prezidenti, hazırda mühacirətdə yaşayan Ayaz Mütəllibovdur. ASDP Sosialist İnternasionalda təmsil olunur.

Xəbər lenti

Xəbər lenti