...

Gəncə polisinin 68 əməkdaşı mükafatlandırılıb

Siyasət Materials 2 İyul 2007 16:52 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend , müxbir V.Məmmədov/ Daxili İşlər Nazirliyi tərəfindən Gəncə Şəhər Polis İdarəsinin 68 əməkdaşına xidmətdə fərqləndiklərinə görə pul mükafatı verilib. Bu barədə bazar ertəsi Gəncədə keçirilən Polislər günündə məlumat verilib.

Çəncə şəhər Polis İdarəsində keçirilən toplantıda çıxış edən idarə rəisi Qərib Məmmədov bildirib ki, 1988-1993-cü illərdə Dağlıq Qarabağ problemi ilə bağlı döyüşlərdə göstərdikləri şücaətə görə 67 polis Milli Qəhrəman adına layiq görülüb. Onun sözlərinə görə, Böyük Vətən müharibəsi illərində 800-ə yaxın Azərbaycan polisi cəbhəyə yollanıb. Onların dördü Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

İyulun 2-də Azərbaycanda Polis günü kimi qeyd olunur.

Gəncə paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti