...

Demokratiya Uğrunda İttifaq növbəti dəfə dövlət başçısına təkliflər paketi təqdim edəcək

Siyasət Materials 11 İyul 2007 12:46 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Demokratiya Uğrunda İttifaqın təşkilatçılığı ilə avqustun 7-də keçiriləcək növbəti Qarabağ Forumunda dövlət başçısına müraciət qəbul ediləcək. Bu barədə İttifaqda təmsil olunan Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu məlumat verib.

İttifaq bundan əvvəl mayın 24-də və iyulun 2-də Qarabağ Forumu keçirib. Həmin toplantıların nəticəsi gələn ay keçiriləcək forumda müzakirə ediləcək. Həmçinin əvvəlki toplantıdan sonra prezidentə ünvanlanan müraciət bir daha gözdən keçiriləcək. Qarabağ münaqişəsinin həllinə dair irəli sürüləcək yeni təkliflər də nəzərə alınmaqla yeni müraciət qəbul ediləcək və Azərbaycan prezidenti İlham Əliyevə göndəriləcək. Prezidentdən bu təkliflər paketinə münasibətini açıqlaması xahiş olunacaq.

Sənəd Qarabağ Forumu ilə bağlı yaradılmış İşçi qrup tərəfindən hazırlanacaq.

Demokratiya Uğrunda İttifaq müxalifətçi Klassik Xalq Cəbhəsi, Azadlıq və Milli Demokratiya partiyaları tərəfindən təsis olunub. İttifaq bu partiyaların məşvərət və əməkdaşlıq qurumudur.

Xəbər lenti

Xəbər lenti