...

Bakı Şəhər Yol Polisinin 6 əməkdaşı daxili işlər orqanlarından xaric olunub

Siyasət Materials 17 İyul 2007 16:23 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Bu ilin 6 ayında nöqsanlara yol verdiyinə görə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsini 38 əməkdaşı cəzalandırılıb. Bu barədə Bakı şəhər baş polis İdarəsində 6 ayın yekunlarına həsr olunmuş iclasda İdarənin rəisi Həsən Şirinov məlumat verib.

O bildirib ki, cəzalanan əməkdaşlardan 6-sı daxili işlər orqanlarından xaric edilib. İdarənin 1 əməkdaşı öz arzusu ilə, 1-i səhhətinə görə, 2-si yaş həddinə görə daxili işlər orqanlarından xaric olunublar. Hesabat dövründə Bakı Şəhər Baş Polis İdarəsinə vətəndaşlardan 162 müraciət daxil olub. Rayon yol polis şöbələri əməkdaşlarının qanunsuz hərəkətləri ilə bağlı İdarəyə 77 ərizə daxil olub. Onların 2-də rüşvət və kobudluq faktı olduğundan ərizələr tədbir görülməsi üçün prokurorluq orqanlarına göndərilib.

Xəbər lenti

Xəbər lenti