...

Paytaxtda ötən illə müqayisədə qəzaların sayı azalıb

Siyasət Materials 17 İyul 2007 16:37 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zarbalieva/ Carı ilin 6 ay ərzində Bakı şəhərində 689 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bakı Şəhər Dövlət Yol Polis İdarəsindən verilən məlumuta görə, qəzalar zamanı 176 nəfər ölüb. 771 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb. Ötən ilin müvafiq dövrü ilə müqaisədə qeydə alınan qəzaların sayı 3,1, yaralananların sayı 1, 9 faiz azalıb, hadisələr zamanı ölənlərin sayı isə 4,8% artıb.

Təhlilər zamanı məlum olub ki, qeydə alınan qəzaların əksəriyyəti gecə saat 20:00-00:00-a təsadüf edib. Belə ki, 6 ay ərzində qeyd olunan saatlarda paytaxtda 242 yol qəzası qeydə alınıb. Həmçinin qəzalar daha çox həftənin bazar günləri baş verib. Paytaxtın Ziya Bunyadov, Heydər Əliyev, Tbilisi, Nobel prospektlərində, aeroport, Bakı-Şamaxı, Bakı- Sumqayıt şoselərində belə hadisələr daha çox qeydə alınıb. Hadisələrin böyük əksəriyyəti sürət həddini aşma səbəbindən baş verib. Bu da qeydə alınan ümumi hadisələrin 52, 7 %-ni təşkil edir. Lakin avtomobili yüksək sürətlə idarə edən 7min 969 sürücü aşkarlanıb. Bu da aşkar edilən qayda pozuntularının 3,5%-dir.

Xəbər lenti

Xəbər lenti