...

"İcmalar haqqında" qanun layihəsi hazırlanıb

Siyasət Materials 27 İyul 2007 13:27 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə /Milli QHT Forumu "İcmalar haqqında" yeni qanun layihəsi hazırlayıb. Cümə günü Beynəlxalq Mətbuat Mərkəzində (BMM) yeni qanun layihəsinin ictimai müzakirəsi keçirilib.

Tədbirdə bildirilib ki, Milli QHT Forumu bir neçə qanun layihəsi hazırlayaraq Milli Məclisə təqdim edib. Qeyd olunub ki, hazırda Azərbaycanda fəaliyyət göstərən icmaların daxilində olan problemlər, idarəçilik, rəhbərlik və mülkiyyət məsələlərində yaranan anlaşılmazlıq belə bir qanunun hazırlanmasını zəruri edib.

Qanun layihəsinin müəllifi, Hüquq və İnkişaf İctimai Birliyinin sədri Hafiz Həsənov bildirib ki, Azərbaycanda icmalar olsa da onların fəaliyyətini tənzimləyən və hüquqi statusunu müəyyənləşdirən hər hansı qanunvericilik bazası yoxdur.

Qanun layihəsi 5 fəsil və 21 maddədən ibarətdir. Layihədə icmaların fəaliyyət prinsipləri, istiqamətləri, hüquqi statusu, dövlət orqanları ilə münasibətləri, maliyyələşdirilməsinə dair müddəalar əks olunub. Layihəyə görə, icmalar öz aralarında ittifaqlar, assosiasiyalar yarada bilərlər.

Qanun layihəsi verilmiş təkliflər əsasında təkmilləşdirildikdən sonra Milli Məclisə təqdim olunacaq.

.

Xəbər lenti

Xəbər lenti