Azərbaycan, Bakı/ Trend / müx. P.Əmircanov/Azərbaycan prezidenti İlham Əliyev cümə günü bəstəkar Emin Sabitoğlunun (Emin Sabit oğlu Mahmudovun) xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncam imzalayıb. Bu barədə Trend xəbər verir.
Sərəncamla Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılır ki, bəstəkarın yaşadığı binaya (Hacı Zeynalabdin Tağıyev, 7) onun xatirə lövhəsinin vurulmasını təmin etsin.