...

ATƏT MQ həmsədrləri Rusiya XİN-də görüşlərini davam etdirirlər

Siyasət Materials 1 Avqust 2007 18:26 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Stats-sekretar, Rusiya Federasiyası xarici işlər nazirinin müavini Qriqori Karasin və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri Yuri Merzlyakov (Rusiya), Bernard Fasye (Fransa) və Metyu Brayza (ABŞ), həmçinin ATƏT-in hazırkı sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsi Anjey Kaspşik (Polşa) çərşənbə günü Moskvada tematik məsləhətləşmələr keçiriblər.

Rusiya XİN-dən verilən məlumata görə, görüş zamanı ATƏT-in Minsk Qrupu katibliyinin fəaliyyəti ilə bağlı cari məsələlər, həmçinin Dağlıq qarabağ münaqişəsinin tənzimlənməsi üzrə ATƏT-in gələcək səyləri istiqamətində müzakirələr aparılıb. Buna qədər isə həmsədrlər Rusiya xarici işlər nazirinin digər müavini Aleksandr Qruşko ilə görüşüblər.

Xəbər lenti

Xəbər lenti