...

GUAM XİN başçıları Nyu-Yorkda bir araya gələcəklər

Siyasət Materials 6 Avqust 2007 16:23 (UTC +04:00)
GUAM XİN başçıları Nyu-Yorkda bir araya gələcəklər

Azərbaycan, Bakı / "Tred" müxbir S.Ağayeva/ "Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat-GUAM"ın XİN rəhbərləri (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) sentyabrda Nyu-Yorkda bir araya gələcəklər. Qurumun xarici işlər nazirləri BMT Baş Assambleyasının 62-ci sessiyası çərçivəsində görüşəcəklər. Bu barədə bazar ertəsi qurumun katibliyindən məlumat veriblər.

GUAM XİN başçılarının toplantısından öncə XİN ekspertlərinin görüşü və GUAM Milli koordinatorlar şurasının 7-ci iclası keçiriləcək. Bu görüşlər zamanı nazirlərin toplantısının gündəliyi hazırlanacaq.

Ekspertlərin və milli koordinatorların görüşlərinin konkret tarixi hələ bəlli deyil.

Xəbər lenti

Xəbər lenti