...

Gürcüstan parlamentinin komitə sədri: Rusiya tərəfindən Gürcüstanın hava məkanın pozulması beynəlxalq hüquq normalarına ziddir

Siyasət Materials 9 Avqust 2007 19:37 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir A.Qasımova/ Rusiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin Gürcüstanın hava məkanını pozması və ölkə ərazisinə bomba atması beynəlxalq hüquq normalarına ziddir. Gürcüstan parlamentinin xarici əlaqələr komitəsinin sədri Konstantin Qabaşvili əmindir ki, Rusiyanın Gürcüstanın hava məkanını pozması ilə bağlı hadisə beynəlxalq hüquq prinsipləri və normalarının kobud surətdə pozulmasıdır.

Gürcüstan XİN Rusiya hərbi təyyarəsinin bazar ertəsi axşam Gürcüstanın hava məkanını pozması və gürcü-osetin münaqişə zonasında əhali yaşamıyan əraziyə bomba atması bəyanatı ilə çıxış edib. Gürcüstan daxili işlər naziri Vano Merabişvili bəyan edib ki, Gürcüstan müdafiə nazirliyinin radarları Rusiya tərəfindən təxmini olaraq Su-24 təyyarəsi ilə sərhədin pozulduğunu qeydə alıb. Öz növbəsində Rusiya HHQ baş komandanlığı Rusiya təyyarəsi tərəfindən Gürcüstan sərhədinin pozulması və Tiflis yaxınlığına bomba atılması haqda məlumatları təkzib edib. "Bazar ertəsi Rusiya təyyarələri həmin rayonada uçuş həyata keçirməyiblər və suveren Gürcüstan Respublikasının sərhədini pozmayıblar", - deyə çərşənbə axşamı RF HHQ baş komandanının köməkçisi polkovnik Aleksandr Drobışevski bəyan edib.

Qabaşvili cümə axşamı Tiflisdən telefonla bildirib ki, Rusiya tərəfindən bu çirkin əməldir və "qonşu qonşuya qarşı bu cür hərəkət etmir". Rusiya tərəfinin bu hadisə ilə əlaqədar mövqeyi ilə bağlı isə Qabaşvili bildirib ki, bu məsələdə Rusiyanın heç bir mövqeyi yoxdur. "Rusiya "tutulmamısansa oğru deyilsən" prinsipi ilə işləyir. Bununla onlar demək istəyirlər ki, əvvəlcə siz sübut edin ki, bu biz olmuşuq, sonra isə danışarıq", - deyə ekspert bildirib.

Qabaşvilinin sözlərinə görə, bu işdə yeganə müsbət nəticə odur ki, cümə axşamı Gürcüstan və Rusiyanın xarici işlər nazirləri müavinləri vəziyyəti müzakirə ediblər və gələcəkdə birgə fəaliyyət haqqında razılaşıblar.

Xəbər lenti

Xəbər lenti