...

Hərbi ekspert: "Azərbaycan Gürcüstan kimi silahlanmanın qərb modelinə keçməlidir"

Siyasət Materials 11 Avqust 2007 14:55 (UTC +04:00)
Hərbi ekspert: "Azərbaycan Gürcüstan kimi silahlanmanın qərb modelinə keçməlidir"

Azərbaycan, Bakı / müx. " S.Ağayeva/ Azərbaycan Gürcüstan kimi addım atmalı və silahlı qüvvələri qərbin silahlanma və texnika modelinə uyğunlaşdırmalıdır. Azərbaycanın müstəqil hərbi eksperti Üzeyir Cəfərov bu fikirdədir.

Bu yaxınlarda Gürcüstanın prezidenti Mixail Saakaşvili bəyan edib ki, ordu qərbin silahlanma modelinə keçəcək. Onun sözlərinə görə, Gürcüstan strateji qərar qəbul edib və sovet texnikasından

tamamilə imtina edərək tədricən qərb silahlanma və texnikasına keçir.

Ekspertin sözlərinə görə, Gürcüstan Azərbaycandan sonra NATO ilə əməkdaşlıq etməyə başlayıb, lakin bu dövr ərzində yaxşı nəticələr əldə edib.

"Bu gün Gürcüstan bütün beynəlxalq standartlara cavab verən müasir orduya malikdir. Hesab edirəm ki, Azərbaycan da həmçinin ordunun yenidən silahlanması məsələsində öz gələcək fəliyyətini müəyyən etməli və dəqiqləşdirməlidir" - deyə ekspert qeyd edib.

Hərbi ekspert təəsssüf hissi ilə qeyd edib ki, Azərbaycan yalnız NATO-ya inteqrasiya barədə danışır. "Əgər Azərbaycanın böyük potensialını nəzərə alsaq, ölkənin böyük uğurları barədə əminliklə danışmaq olar və bu uğurlar alyansla uğurlu əməkdaşlıq sayəsində əldə oluna bilər" - deyə ekspert bildirib.

"Azərbaycan müharibə şəraitində yaşayır və buna görə də ordunu gücləndirmək vacibdir" - deyə o qeyd edib. Politoloq belə hesab edir ki, Azərbaycan NATO-ya nə qədər çox inteqrasiya olunsa, alyansdan bir o qədər böyük mənəvi və maddi dəstək alacaq.

Xəbər lenti

Xəbər lenti