...

İran prezidentinin Azərbaycana səfəri ilə bağlı Mərdəkan və Aeroport şoselərində nəqliyyatin hərəkəti məhdudlaşdırılacaq

Siyasət Materials 20 Avqust 2007 15:46 (UTC +04:00)
İran prezidentinin Azərbaycana səfəri ilə bağlı Mərdəkan və Aeroport şoselərində nəqliyyatin hərəkəti məhdudlaşdırılacaq

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ İran prezidenti Mahmud Əhmədinejatın Azərbaycana səfəri ilə bağlı sabah saat 12.00-dan 17.00-a qədər və avqustun 22-si saat 08.00-dan 12.00-a kimi Mərdəkan və Aeroport şoselərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Bu barədə bazar ertəsi Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Məlumata görə, göstərilən müddətdə Mərdəkan-Şüvəlan istiqamətindən şəhərə gediş Türkan-Hövsan şosesi vasitəsilə həyata keçiriləcək.

Sabunçu dairəsində nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması məqsədilə Maştağa qəsəbəsi istiqamətindən gələn nəqliyyat vasitələrinin hərəkəti yeni salınmış Zabrat-Binəqədi-Xırdalan şosesi istiqamətində dəyişdiriləcək.

Salyan şosesi ilə şəhər istiqamətinə hərəkət edən nəqliyyat vasitələrinin istiqaməti isə Bakı-Astara magistralının 14-cü km-dən Lökbatan qəsəbəsi istiqamətinə dəyişdiriləcək. Sürücülərdən xahiş olunur ki, avqustun 21-22-də şəhərin Neftçilər, Parlament, Azadlıq, Azərbaycan, İnşaatçılar, Hüseyn Cavid prospektlərində, Rəşid Behbudov, Bakıxanov, Niyazi, Mehdi Hüseyn küçələrində avtonəqliyyat vasitələrindən az istifadə edilsin.

Xəbər lenti

Xəbər lenti