...

Bakı polisinin keçmiş rəisi Tacikistana səfir təyin edilib

Siyasət Materials 20 Avqust 2007 19:36 (UTC +04:00)
Bakı polisinin keçmiş rəisi Tacikistana səfir təyin edilib

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə / Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən, Bakı Şəhər Baş Polis İdarəsinin keçmiş rəisi Məhərrəm Əliyev Azərbaycanın Tacikistanda fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

Prezidentin daha bir sərəncamı ilə Əliyevə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib.General-leytenant Əliyev Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsindən bu il uyunun sonunda istefaya verib.

Əliyev 1951-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndində anadan olub. 1985-ci ildə SSRİ DİN-in Ümumittifaq Qiyabi Hüquq İnstitutunu bitirib. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçib.

1973-cü ildən daxili işlər orqanlarında xidmət edib. 1980-1992-ci illərdə Bakı şəhərinin rayon polis idarələrində  cinayət axtarış strukturunun müxtəlif vəzifələrində xidmət aparıb. 1992-ci ildə Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin bölmə rəisi, 1993-cü ildə Səbail Rayon Polis İdarəsinin rəisi, bir müddət keçdikdən sonra isə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Xəbər lenti

Xəbər lenti