Azərbaycan, Gəncə/ Trend , müxbir V.Məmmədov/ Gəncədə tikilən hündürmərtəbəli binalarda işlər dayandırılıb. Bununla bağlı çərşənbə günü Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov göstəriş verib.
İcra hakimiyyəti başçısının göstərişi ilə şəhərdə tikilən hündürmərtəbəli binaların texniki keyfiyyəti yoxlanılacaq.
Eyni zamanda, yeni tikililərlə bağlı monitorinq aparacaq komisiyya yaradılıb. Bu barədə məlumatı şəhər memarlıq şöbəsinin müdiri Məmməd İbrahimov verib. Texniki göstəriciləri standartlara cavab verməyən tikililər söküləcək.
Gəncədə 18 hündürmərtəbəli bina tikilir ki, onların da ikisində işlər başa çatıb.