...

16 mərtəbəli binanın uçması nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb

Siyasət Materials 30 Avqust 2007 18:09 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Əlizadə/ Bakıda uçan 16 mərtəbəli binanın qalıqları altından daha bir nəfərin meyiti çıxarılıb. Bu barədə hadisə yerindən Trend in müxbiri məlumat verib.

Avqustun 28-də, çərşənbə axşamı Naxçıvani və Muxtarov küçələrinin kəsişməsində "Mütəfəkkir" şirkətinin tikdiyi 16 mərtəbəli bina uçub. İlkin versiyalara görə, binanın uçmasının səbəbi tikinti zamanı texniki təhlükəsizlik qaydalarının kobud şəkildə pozulması olub. Rəsmi məlumatlara görə tikintinin qalıqları altından çıxarılan həlak olan insanların sayı 13 nəfərdir.

Xəbər lenti

Xəbər lenti