...

MDB DİN başçıları bir sıra sənədləri imzaladılar

Siyasət Materials 7 Sentyabr 2007 11:50 (UTC +04:00)
MDB DİN başçıları bir sıra sənədləri imzaladılar

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Bu gün MDB daxili işlər nazirləri şurasının toplantısında Özbəkistan və Azərbaycan Daxili İşlər nazirlikləri arasında 2008-2009-cu illər üçün, həmçinin Özbəkistan ilə Rusiya Daxili İşlər nazirlikləri arasında qarşılıqlı fəaliyyətə dair protokol imzalanıb. İclasdan sonra yekuna dair keçirilən mətbuat konfransında çıxış edən Azərbaycan daxili işlər naziri Ramil Usubov bildirib ki, iclasda 11 məsələyə baxılıb. Müzakirə olunan məsələlər arasında "Cinayətkarlıqla mübarizə sahəsində məlumat mübadiləsinə dair saziş", "İnformasiya texnoloqiyaları sahəsində cinayətkarlıqla mübarizədə əməkdaşlığın səmərəliliyinin yüksəldilməsi haqqında", "Şəxslərin dövlətlərarası axtarışının həyata keçirilməsinin vahid qaydalarına, habelə daxili işlər orqanları əməkdaşlarının dövlətlərarası axtarışda olan şəxslər barəsində əməliyyat-axtarış tədbirlərin həyata keçirilməsində iştiraklarını təmin etmək məqsədilə onların ezam edilmələri ilə bağlı MDB-yə üzv olan ölkələrin Daxili İşlər nazirliklərinə müraciət etmə qaydalarına dair təlimata əlavə edilməsi haqqında" sənədlər də var. Usubov bildirib ki, MDB Daxili İşlər nazirliklərinin şurasının növbəti toplantısı gələn il Gürcüstanda keçiriləcək.

Xəbər lenti

Xəbər lenti