...

Kim müğənni Əkbərlə müqayisə olunar?

Cəmiyyət Materials 19 Sentyabr 2007 11:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 sentyabr /müx. TrendLife Şahin Cavadsoy/

Neçə vaxtdır ki, şəhərin görməli yerlərində yerləşdirilmiş reklam dirəklərində müğənni Əkbərin cəlbedici bir plakatı ilə qarşılaşırıq: "Məndən yoxdur!" Reklamın nə məqsəd daşıdığı geniş açıqlanmadığından, sənətçinin özünü arayıb-axtarmaqda maraqlı olduq. Söhbətinə təvazökarlıqdan uzaq olan girişiylə başlayan Əkbər, görün TrendLife- a necə açıqlama verib: "Məgər siz bilmirsiz ki, məndən yoxdur? Lakin sənətimə laqeyd yanaşmağım barəsində deyilən fikirlərlə razıyam. Bu da yəqin tənbəl olmağımdandır. O ki qaldı şəhərdə vurulmuş plakatlara, deyim ki, bu, yeni çıxacaq diskimin reklamına xidmət edir. İstədim birinci diskim çıxsın, sonra kliplərimi ekranlaşdırmağa start verim".

8 ildən artıq sənət meydanında külüng vurduğunu etiraf edən Əkbər, fikirlərini bu sözlərlə davam etdirdi: "Bilməyənlərə demək istəyirəm ki, mən həm də paytaxtın kübar əyləncə mərkəzlərindən sayılan bir restoranda şou-proqram rəhbəri vəzifəsində çalışıram. Qulağıma cürbəcür şayiələr çatır ki, guya həmin məkanda səhnə alan ulduzlar arasında hansısa ayrı-seçkiliyə yol verirəm. Bu, ağ yalandır. Sənəti olan müğənnilərimizin yolunu bağlamaq, ən azından, böyük günah olardı. Ona görə də ulduzlarımız boş söz-söhbətlərə fikir verməsinlər.

İkibaşlı danışan müğənni eyhamı kimə vurduğunu deməsə də, həmkarları arasında yaşanılan "soyuq müharibə"lərdən kənarda qalmağını, özünün xoşbəxtliyi kimi dilə gətirməyi də yadından çıxarmadı.

Xəbər lenti

Xəbər lenti