...

Azərbaycanın ilk kinooperatoru Arif Nərimanbəyovun yubileyi keçiriləcək

Cəmiyyət Materials 20 Sentyabr 2007 11:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 sentyabr / "TrendLife" , müxbir Eldar Hüseynzadə/ Bu il Azərbaycanın görkəmli kinooperatoru Arif Nərimanbəyovun 90 yaşı tamam olur. Azərbaycan Dövlət Film Fondu bu tarixi qeyd edəcək. Məlumatı "TrendLife"a Dövlət Film Fondunun rəhbəri Cəmil Quliyev verib. Tədbir Muzey Mərkəzində sentyabrın 29-da keçiriləcək. Onu da qeyd edək ki, Arif Nərimanbəyov "Fətəli Xan", "Leyli və Məcnun", "Nizami", "Onun böyük ürəyi", "Bizim Cəbiş müəllim" və başqa filmlərin üzərində işləyib.

Xəbər lenti

Xəbər lenti