...

Təhsildə islahatlar aparılması tələbi ilə gənclər ayaqyalın yürüş edəcəklər

Cəmiyyət Materials 24 Sentyabr 2007 15:05 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Dalğa Gənclər Hərəkatının fəalları Azərbaycanın təhsil sistemində köklü islahatlar keçirilməsi tələbi ilə sentyabrın 26-da ayaqyalın yürüş keçirəcəklər. Bu barədə Trend ə bazar ertəsi gənclər hərəkatından məlumat verilib.

Aksiya iştirakçıları heç bir şüar səsləndirmədən, plakat qaldırmadan ayaqyalın (ayaqqabısız) Bakının mərkəzi küçələri ilə gəzinti etməyi planlaşdırırlar. Gənclər bununla diqqəti özlərinə cəlb edərək ölkənin gələcəyi üçün mərmər parkların və maddiyatın deyil, təhsilin vacib olduğunu göstərməyə çalışacaqlar.

Aksiya saat 15:00-da Demokratiya (Sahil) bağından başlayacaq, Nizami küçəsi və Fəvvarələr bağında gəzinti ilə davam edəcək. Aksiya bir saat davam edəcək və 16:00-da Demokratiya bağında başa çatacaq.

Gənclər Boloniya prosesindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi, xaricdə təhsil almaq üçün göndərilən tələbələrin seçimində şəffaflığın təmin edilməsi, təhsildə rüşvətə qarşı sistemli mübarizənin aparılması, pedaqoji kadr islahatlarının həyata keçirilməsi, "Təhsil haqqında" qanunun qəbulunda sona qədər şəffaflığın təmin edilməsi tələblərini irəli sürürlər. Bu tələblərin əks olunduğu bəyanat Təhsil Nazirliyinə, Milli Məclisə təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti