...

Azərbaycanlı voleybolçular Avro-2007-də "E" qrupunda sonuncudurlar

Cəmiyyət Materials 25 Sentyabr 2007 12:42 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Z.Səfərov/ Azərbaycanın qadınlardan ibarət yığması Belçika və Lüksemburqda keçirilən Avropa Çempionatında "E" qrupunda sonuncu yerdədirlər. Trend xəbər verir ki, Faiq Qarayevin yetirmələrinin yarışın qrup mərhələsinin ikinci turuna əziyyətsiz çıxmasına baxmayaraq, onlar yalnız Belarusa qalib gəlmək və Almaniya ilə İtaliyaya iuduzmaqla ən az bal toplayıblar. Bununla da onlar birinci turda udulan və uduzulan oyun fərqlərinə görə (0-6) pis bal fərqinə malik olan türklərlə qonşuluq edirlər.

Ikinci qrup mərhələsində isə Azərbaycan voleybolçuları ilk oyunlarını sentyabrın 25-də Rusiya komandası ilə, daha sonra isə Fransa və Türkiyə ilə keçirəcəklər.

Xəbər lenti

Xəbər lenti