...

Azərbaycanın "Yeni dalğa" prodüsser mərkəzi fransız telekanalı ilə danışıqlar aparır

Cəmiyyət Materials 25 Sentyabr 2007 17:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 sentyabr /müx. TrendLife Eldar Hüseynzadə/

Hər hansı bir Prodüsser mərkəzinin əsas məqsədi nə ola bilər? Əlbəttə ki, öz məhsullarını satmaq. Respublikada "Yeni dalğa" mərkəzi də qarşısına bu məqsədi qoyub. Bu haqda TrendLife-a mərkəzin rəhbəri Rasim Həsənov xəbər verib. Onun sözlərinə görə, hazırda ARTE fransız kanalı ilə danışıqlar aparılır. "Yeni dalğa" onlara "Keçid" filmini təklif edib. Onu da qeyd edək ki, həmin film bir çox beynəlxalq kinofestivalların laureatı olub.

Xəbər lenti

Xəbər lenti