...

Həbsdə olan jurnalist cəzaçəkmə müəssisəsinə qaytarılacaq

Cəmiyyət Materials 26 Sentyabr 2007 15:21 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ "Nota Bene" qəzetinin həbsdə olan əməkdaşı Fərəməz Novruzoğlu (Allahverdiyev) həftə sonu Müalicə Müəssisəsindən 14 saylı cəzaçəkmə müəssisəsinə qaytarılacaq. Bu barədə çərşənbə günü Trend ə Penitensiar Xidmətin Müalicə Müəssisəsinin baş həkimi Rəşad Dəmirov məlumat verib. Dəmirov bildirib ki, Novruzoğlunun müalicəsi başa çatıb və onun səhhəti normaldır. Allahverdiyev azadlıqda olarkən-2006-cı ilin sonlarında düz bağırsağından əməliyyat olunub. Sonradan o, həmin nahiyədən bir neçə dəfə əməliyyat olunub.

Müalicə Müəssisəsində Novruzoğlu üzərində yenidən əməliyyat keçirmək istəsələr də, jurnalist həbs müddətinin başa çatmasına az müddət qaldığını əsas gətirərək əməliyyatdan imtina edib.

Novruzoğlu daxili işlər naziri Ramil Usubovun və Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun Cinayət Məcəlləsinin 147-ci (böhtan), 148-ci (təhqir) maddələri ilə xüsusi ittiham üzrə qaldırdıqları iddia ilə bağlı Nərimanov rayon məhkəməsinin 30 yanvar 2007-ci il tarixli hökmü ilə həbs olunub. Apellyasiya Məhkəməsi hökmdən verilən apellyasiya şikayətini təmin etməyib və Nərimanov rayon məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Xəbər lenti

Xəbər lenti