...

Azərbaycanda oktyabr ayında temperatur iqlim normasından 2-3 dərəcə yüksək olacaq

Cəmiyyət Materials 1 Oktyabr 2007 11:19 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycanda oktyabr ayında havanın orta aylıq temperaturu iqlim normasından 2-3 dərəcə yüksək olacaq, bazar ertəsi Trend ə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktor müavini Umayra Tağıyeva bildirib. Onun sözlərinə görə, hesabat dövründə yağıntıların miqdarı iqlim normasına yaxın, Böyük Qafqazın bəzi rayonlarında isə normadan bir qədər çox olacağı proqnozlaşdırılır.

"Oktyabr ayının birinci ongünlüyünün ikinci yarısında hava şəraiti nisbətən qeyri-sabit keçəcək" Tağıyeva deyib.

Bakı və Abşeron yarımadasında havanın orta temperaturu 18-20 dərəcə isti olacaq ki, bu da iqlim normasından 1-2 dərəcə yüksəkdir. Naxçıvan Muxtar Respublikasında isə 17-19 dərəcə isti gözlənilir ki, bu da iqlim normasından 2-3 dərəcə yüksəkdir. Yuxarı Qarabağ, Qazax-Gəncə, Goranboy, Naftalan, Tər-Tər, Ağdam-Füzuli-Cəbrayıl zonasında havanın orta temperaturu iqlim normasından 2-3 dərəcə yüksək olacaq. Digər bölgələrdə də temperaturun iqlim normasından 1-2 və 2-3 dərəcə yüksək olacağı proqnozlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti