Azərbaycan, Bakı, 2 oktyabr /müx. "TrendLife" Eldar Hüseynzadə/ Bu ayın 20-də Bakıda görkəmli dramaturq Hüseyn Cavidin 125 illiyinə həsr edilən təntənəli tədbir keçiriləcək. Bununla əlaqədar prezident İlham Əliyev tərəfindən xüsusi göstəriş verilib. Bu haqda "TrendLife"a Hüseyn Cavidin ev muzeyinin direktoru Gülbəniz Babaxanlı xəbər verib. Hazırda Cavidlə bağlı "Cavidşünaslıq" adlı üç cildli kitab hazırdır. Bundan başqa yubiley ərəfəsində Bakıda Hüseyn Cavidlə bağlı elmi konfrans da keçiriləcək. Həmin konfransda Azərbaycandan, İrandan, Türkiyədən, Rusiyadan olan alimlər iştirak edəcəklər.