...

Azərbaycanda müəllimlərin maaşının artırılması ilə bağlı dövlət qurumlarına tapşırıqlar verilib

Cəmiyyət Materials 2 Oktyabr 2007 12:41 (UTC +04:00)
Azərbaycanda müəllimlərin maaşının artırılması ilə bağlı dövlət qurumlarına tapşırıqlar verilib

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanda müəllimlərin maaşının artırılması ilə bağlı müvafiq dövlət qurumlarına tapşırıqlar verilib. Trend in məlumatına görə, bu barədə bazar ertəsi Azərbaycanın təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlama verib.

Nazir bildirib ki, təhsil işçilərinin maaşlarının artırılacağı gözlənilir. Lakin maaşların nə vaxt və nə qədər artırılacağı isə dövlət başçısının sərəncamından asılıdır: "Təkcə onu bilirəm ki, maaşların artırılması barədə müvafiq qurumlara tapşırıqlar verilib və bu istiqamətdə iş aparılır" - deyə nazir bildirib.

Hazırda Azərbaycan müəllimlərinin minimum maaşı 50 manat, orta həcmi isə 125 manatdır.

Xəbər lenti

Xəbər lenti