...

Müğənni Ruhi KİV nümayəndələri üçün iftar verdi

Cəmiyyət Materials 3 Oktyabr 2007 12:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 oktyabr /müx. TrendLife Vüqar Vüqarlı/

Müğənni Ruhi dünən "Qala klub"da KİV mayəndələri üçün iftar süfrəsi açmışdı. 50 nəfərlik süfrədə hər şey vardı- quş südü, can dərmanı ... Fürsət tapıb, müğənniyə belə bir sualla müraciət etdim: "Olmazdımı ki, iftar süfrəsinə qocaları, uşaq evindən olan uşaqları dəvət edəydiniz?" Müğənni isə bu suala belə cavab verdi. "Siz heç narahat olmayın, mən sadaladığınız insanlara artıq iftar süfrəsi vermişəm." Hamımız inanmaq istərdik ki, bu tədbir reklam xətrinə hazırlanmayıb. Sadəcə, kameranın olması nəsə bizi şübhələnməyə vadar edirdi. Düzdür, məni inandırmağa çalışırdılar ki, televiziya işçiləri də bura dəvətlidir. Müğənnin belə bir reklama ehtiyacı yoxdur. Uzun sözün qısası, Ruhi bu məclisi nə niyyətlə düzənləyibsə, Allah qəbul eləsin!

Xəbər lenti

Xəbər lenti