...

Beynəlxalq təşkilatlar əsir və girovlarla bağlı ikili siyasət yeridir

Cəmiyyət Materials 4 Oktyabr 2007 14:44 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Bəzi QHT rəhbərləri və hüquq müdafiəçiləri Ermənistanda əsirlikdə və girovluqda olan Azərbaycan vətəndaşlarının qayıdandan sonra cinayət məsuliyyətinə cələb olunacağı ilə bağlı cəmiyyətdə yanlış fikir formalaşdırır. Bu bəyanatla "Həsrət Yolu" Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova cümə axşamı keçirilən Dəyirmi masada çıxış eib.

Onun sözlərinə görə, Qeyri-Hökumət Təşkilatları və hüquq müdafiəçiləri bu məsələ ilə bağlı məqsədli şəkildə qərəzli mövqe nümayış etdirirlər.

Birlik sədri qeyd edib ki, ötən müddət ərzində birinci Qarabağ müharibəsi zamanı əsir və girov götürülmüş şəxslərin 1391 nəfəri azad edilib. Əsirlikdən azad edimiş vətəndaşlardan 26-sı Cinayət Məcəlləsinin vətənə xəyanət, təxribat, qaçaqmalçılıq, qəsdən bədənə ağır xəsarət yetirmə, odlu silah, döyüş sursatı və partlayıcı maddələri oğurlama, könüllü olaraq əsir düşmə və digər cinayətlərdə təqsirli bilinərək məhkum olunublar.

Onlardan yalnız 2-si dövlətə xəyanətdə təqsirləndirilib.

Məhkumlardan İlham Qurbanov və Azər Aslanov ömürlük azadlıqdan məhrum ediliblər.

Orucova deyib ki, əsirlikdən azad olunan zərər çəkənlərin və şahidlərin ifadələrinə əsasən, Qurbanov ermənilərlə əməkdaşlıq edərək soydaşlarımıza qarşı qeyri-insani və amansız rəftar edib, onlara işgəncə verib, nəticədə bir nəfər əsir dünyasını dəyişib, digəri isə görmə qabliyyətini itirib.

Aslanov əsirlikdə olarkən Ermənistanın xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək 1994-cü ilin iyulunda Bakı Metropoliteninin "28 May" stansiyasında çoxsaylı insan ölümü və yaralanması ilə nəticələnən terror aktı törədib.

Dəyirmi masa iştirakçıları beynəlxalq təşkilatların - Beynəlxalq Qırmızı Xaç Komitəsinin, ATƏT və Avropa Şurasının əsir və girovlarla bağlı məsələdə ikili siyasət yeritdiyini bildiriblər.

Qeyd olunub ki, əsir və girovlarla bağlı Beynəlxalq İşçi Qrup əsir və girovluqda olan Azərbaycan vətəndaşlarının geri qaytarılmasına mane olur.

Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnsitutunun əməkdaşı Araz Qurbanov bildirib ki, bu məsələdə Azərbaycanın mövqeyi aydındır: "Əsir və girovluqda olan Azərbaycan vətəndaşları sağdırsa, beynəlxalq razılaşmaya görə, geri qaytarılmalıdırlar. Əgər sağ deyillərsə, Ermənistan bunu bəyan etməlidir və Azərbaycan dövləti həmin şəxslərin ailələrinə, qohumlarına məlumat verməlidir".

Xəbər lenti

Xəbər lenti